Ölkə futbolu

“Simurq” Lənkəranda məşq etməyəcək

Azərbaycan Premyer Liqasının 10-cu turunda AZAL-la 2:2 hesablı heç-heçə edən “Simurq” bu gün növbəti səfərə çıxır. 

İdmanxeber.com-un məlumatına görə, noyabrın 2-də “Xəzər Lənkəran”ın qonağı olacaq bu komanda məşqlərə ara vermədən start verib.

Yolun uzunluğunu nəzərə alan məşqçilər korpusu komandanı görüşə paytaxtda hazırlayıb. “İnter Arena”da çalışmaları davam etdirən Zaqatala təmsilçisinin ötən gün baş tutan məşqi Bədən Tərbiyəsi və İdman Akademiyyasının meydançasında gerçəkləşib. Hazırlıqda zədəli Banas Adam və Murad Səttarlı komandadan ayrı məşq edib. AZAL-la oyunöncəsi məşqdə ayağında ağrılar hiss edən və bu səbəbdən bu görüşdə forma geyinməyən Vüqar Mustafayev isə artıq çalışmalara qoşulub. Onun Lənkəran təmsilçisinə qarşı oynayıb-oynamayacağı son həkim rəyindən sonra bilinəcək.

“Simurq” bu gün səhər saatlarında Lənkərana yola düşəcək. Son məşqini isə qarşılaşmanın oynanılacağı meydanda edəcək. Bundan sonra Georgi Çixradzenin yetirmələri istirahətə çəkiləcək və oyunun başlama saatını gözləyəcək.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Simurq” oyunu sabah saat 17:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43