Ölkə futbolu

“Simurq” “Metallurq”la bərabərə qaldı

Premyer Liqada yaranan fasilədən istifadə edərək Gürcüstanda təlim-məşq toplanışında olan “Simurq” yerli “Metallurq” klubu ilə yoxlama oyunu keçirib.

İlk olaraq hesabı təmsilçimiz açsa da, üstünlüyünü sona qədər qoruya bilməyib.

Görüş 1:1 hesabı ilə başa çatıb.  

“Simurq”un heyətində 69-cu dəqiqədə Salif Ballo fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43