Kateqoriyasız

“Simurq” “Neftçi” üzərində əzmkar qələbə qazandı, “Qarabağ” 3 xalı 3 qolla qeyd etdi

Əvəzedici heyətlərin ölkə birinciliyində 4-cü turun oyunlarına yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə,  “Bakı”nı məğlub edən “Qarabağ” turnir cədvəlində liderliyə yüksəlib. Günün digər oyununda isə “Simurq” ikinci hissəyə əlavə edilmiş dəqiqələrdə “Neftçi”yə qalib gəlib.

“Neftçi” – “Simurq” – 2:3

Qollar: Cavid Muxtarzadə, 27 (1:0), 34 (2:0) Oruc Balaşlı, 52 (2:1), Nicat Qurbanov, 61 (2:2), Oruc Balaşlı, 90+2 (2:3)

“Qarabağ” – “Bakı” – 3:1

Qollar: Nicat Abbasov, 16 (1:0) Fuad Məmmədzadə, 45 (2:0), Müşfiq İlyasov, 90 (2:1), Ruslan Hüseynov, 90+2 (3:1)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43