Ölkə futbolu

“Simurq” prezidentinin atası da həbs olundu

Azərbaycan Beynəlxalq Bankına borc qalmaqalı ilə bağlı Bakıda daha bir iş adamı həbs olunub. 

İdmanxeber.com-un məlumatına görə, həmin şəxs “City Devoloper” MMC-nin direktoru Ratmir Bəkirovdu.

Ratmir Bəkirovun vəkili Kamandar Nəsibov açıqlamasında bildirib ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Bəkirov dələduzluq maddəsi ilə ittiham edilir.

Maraq üçün qeyd edək ki, Ratmir Bəkirov “Simurq” klubunun prezidenti Anar Bəkirovun atasıdı. Anar bəy də bir neçə gün öncə saxlanışmışdı.

Rekord.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43