Ölkə futbolu

“Simurq” – “Qarabağ” 2:3 – Məşqçi fikirləri

Topaz Premyer Liqasının 14-cü turunda “Simurq” doğma meydanda “Qarabağ”ı qəbul etdi. Gərgin mübarizə şəraitində keçən oyun “Qarabağ”ın 3-2 hesablı qələbəsi ilə yekunlaşdı.

George Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Çox maraqlı oyun alındı. Oyunda 5 qolun və çoxlu sayda qol epizodlarının şahidi olduq. Biz qalib gəlmək istəyirdik. Hesabı birinci biz açdıq, amma üstünlüyümüzü qoruya bilmədik. Yüksək səviyyəli komandaya qarşı oynayırdıq. Müdafiədə səhvlərimiz də öz sözünü dedi”.

Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Çox maraqlı oyun oldu. Meydançada 90 dəqiqə mübarizə gördük. Qollu bir qarşılaşmanın şahidi olduq. Futbolçularımı təbrik edirəm. “Simurq” barədə ən xoş sözlər deyə bilərəm. Düşünürəm ki, avrokubokda çıxış edəcəklər. Rəqibin oyunu çox xoşuma gəldi. Məşqçinin işini yüksək qiymətləndirirəm. 3 xal qazanmağımıza şadam. Turnir cədvəlində mövqeyimizi bir qədər də möhkəmləndirdik”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43