Premyer Liqa

“Simurq” – “Qarabağ”: məşqçi fikirləri

Premyer Liqanın 15-ci turunda “Simurq” doğma meydanda “Qarabağ”la qarşılaşdı. Qolsuz heç-heçə ilə başa çatan oyun “Qarabağ”ı turnir cədvəlində bir pillə geri saldı – 0:0.

Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Çox maraqlı oyun izlədik. Həm bizim, həm də rəqib komandanın qol imkanları oldu. Lakin tərəflərdən heç biri fərqlənə bilmədi”.

Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Çox qol imkanımız olsa da, heç birindən yararlana bilmədik. Komandadan, demək olar ki, razı qaldım. Son dəqiqəyə kimi mübarizə apardıq. Texniki səhvlərimiz də oldu. Stadionun yeni olması da oyunumuza təsir etdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43