Ölkə futbolu

“Simurq” “Qarabağ” üçün başlayır

Topaz Premyer Liqasının V turunda doğma arenada “Qəbələ”yə məğlub olan “Simurq”, bu gün növbəti oyunun hazırlıqlarına start verəcək.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanın səhərisi bərpa xarakterli məşqə çıxan Zaqatala təmsilçisi, bundan sonra bir günlük istirahətə buraxılmışdı. Axşam saatlarında başlayacaq məşq prossesində bütün futbolçular iştirak edəcək. Zədə səbəbindən “Qəbələ” ilə oyunda meydana çıxa bilməyən Əli Gökdəmir, Vüqar Mustafayev və Murad Səttarlı da bugünkü çalışmalarda iştirak edəcək.

Qeyd edək ki, 6-cı turda komanda səfərdə “Qarabağ”ın qonağı olacaq. Sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43