Ölkə futbolu

“Simurq” – “Qəbələ”: Məşqçi fikirləri

Topaz Premyer Liqasının XXI turuna Zaqatalada keçirilən “Simurq” – “Qəbələ” oyunu ilə start verildi. Oyun meydan sahiblərinin 2-0 hesablı qələbəsi ilə yekunlaşdı.

Roman Qriqorçuk (“Qəbəli”nin baş məşqçisi): “Bu gün pis oynadıq. Amma qeyd etmək istərdim ki, komandam ikinci dəfə ardıcıl məğlub olur. İkinci hissədə yaxşı oynadıq. Düşünürəm ki, ardıcıl iki oyunda məğlubiyyət normaldı. Bizim hədəflərimiz yüksəkdir. Bu yolda çətinliklərimiz olacaq. Komandam ruhdan düşməməlidir. Alnımız ağ, üzümüz açıq növbəti oyuna hazırlaşmalıyıq”.

George Çixradze (“Simurq”un baş məşqçisi): “Biz çox vacib 3 xal qazandıq. Bu oyuna yaxşı hazırlaşmışdıq. Sona qədər mübarizə apardıq. Avroliqa üçün mübarizə aparırıqsa, belə oyunlarda qalib gəlməliyik. İlk hissədə daha yaxşı oynadıq. İkinci hissədə isə eyni zamanda hesabı qorumağa çalışdıq. Bütün hallarda 3 xal qazanmaq sevindiricidir. Bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43