Ölkə futbolu

“Simurq” qələbəyə bir addım da yaxınlaşdı: “Neftçi” 7 futbolçusunu Zaqatalaya aparmır

Premyer Liqanın sonuncu turu çərçivəsində Zaqatalada "Simurq"la qarşılaşacaq "Neftçi" səfərə aparıcı futbolçuları olmadan çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu Zaqatala səfərinə Saşa Stamenkoviç, Karlos Kardoso, Bruno Bertuççi, Erik Ramos, Rəşad Sadiqov, Flavinyo, Ernest Nfor kimi futbolçular olmadan çıxacaq. Adıçəkilən futbolçular mayın 22-də "Qəbələ" ilə kubok matçı üçün Bakıda saxlanılacaq.

Hə\tta baş məşqçi Böyükağa Hacıyev də Premyer Liqanın son matçında komandanın başında olmayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43