08 Sentyabr 2024
Kateqoriyasız

“Simurq” “Şaxtyor”la qarşılaşacaq

Antalyada qış təlim-məşq toplanışında olan “Simurq”un ilk rəqibi dəyişib.

İdmanxeber.com-un klubun saytına istinadn yaydığı xəbərə görə, birinci yoxlama oyununda Zaqatala təmsilçisi əvvəlcədən nəzərdə tutulduğu kimi, Əlcəzairin “Əl-Eyulma” klubu deyil, Qazaxıstanın “Şaxtyor” komandası ilə qarşılaşacaq

Oyun yanvarın 13-də, Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Klubun saytının yaydığı digər xəbərə görə, “Simurq”un yeni transferi, ispaniyalı mərkəz müdafiəçisi Xuan Alvarado  (Melli) özünə forma nömrəsidə seçib. Təcrübəli futbolçu Zaqatala təmsilçisinin heyətində “4” nömrəli forma ilə çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43