Ölkə futbolu

“Simurq” “Xəzər Lənkəran” üçün hazırdır

2014/15-ci il mövsümünün qış fasiləsindən sonra “Simurq” ilk oynuna çıxacaq. Topaz Premyer Liqasının XIX turu çərçivəsində “Simurq”un qonağı “Xəzər Lənkəran” olacaq. Saat 17:00-da start götürəcək qarşılaşmanın hazırlıqlarını “sarı-qaralar” tamamlayaraq, istirahətə çəkilib.

Son çalışmada yalnız ayağında ağrılar hiss edən Əli Gökdəmir iştirak etməyib. Yeni transfer Cihan Özkara komandanın heyətində ilk məşqinə çıxıb. Hazırlığa qaçış və isinmə hərəkətləri ilə başlanılıb. Üç qrupa bölünərək “kvadrat” oynanılıb. Daha sonra ikitərəfli oyun keçirilib. Məşqin sonunda cinahlardan asmaların qapanması və qapıya zərbələr yerinə yetirilib.

Qeyd edək ki, 2015-ci ilin ilk rəsmi matçına çıxacaq komandanın oyunu “Simurq TV” vasitəsilə canlı yayımlanacaq.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43