Ölkə futbolu

“Simurq”a məğlubiyyət “Xəzər Lənkəran”ı ayağa qaldırdı: “Mustafa Dənizli komandanı bu vəziyyətdən çıxartmağa borcludu!”

“Turnir cədvəlində bizdən bir neçə pillə yuxarıda qərarlaşan komandalar var ki, aylardır futbolçuları maaş ala bilmir. Hər halda eşitdiyimiz budur. Amma “Xəzər Lənkəran” ay dolmamış futbolçulara maaş ödəyir, turnir cədvəlinin ortalarında qərarlaşıb.  Bəzi klubların illik büdcəsini biz yalnız əsas komandanın qidalanmasına xərcləyirik. Məşqçilər korpusu, başda Mustafa Dənizli olmaqla komandanı düşdüyü vəziyyətdən çıxartmağa borcludu”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Cənub klubunun rəsmisi komandanın göstərdiyi zəif nəticələrdən danışarkən, daha sonra sözlərinə belə davam edib:

“Xəzər Lənkəran” nə belə futbol oynamağa, nə də evində hər gələnə başqa bir səbəb yoxdu. Hamı ona göstərilən etimadı doğrultmağa çalışmalıdı.  Futbolçular geydikləri formanın haqqını verməyə borcludur!”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43