Kateqoriyasız

“Simurq”da maliyyə böhranı: Zaqatala klubu “Bakı”nın gününə düşə bilər

Cahangir Hacıyevin Beynəlxalq Bankın prezidenti vəzifəsindən istefa verməsindən sonra “Simurq” klubu ciddi maliyyə problemi ilə üzləşib.

İdmanxeber.com-un “Futbol+” qəzetinə istinadən yaydığı xəbərə görə, məşqçilər korpusu, futbolçular və inzibati heyət son iki ayın (fevral və mart) maaşlarını ala bilməyib.

“Əmək haqqının nə vaxt veriləcəyi saul altındadır. Son 10 gündə rəhbərlik “bu gün, sabah” vədini versə də, ortada yekun nəticə yoxdu. Cahangir Hacıyevin tutduğu vəzifədən istefa verməsindən sonra klubun prezidenti Anar Bəkirov ağız açmağa konkret adam tapa bilmir. O da öz növbəsində gözləmə mövqeyi tutub vəziyyətin yaxşıya doğru dəyişəcəyinə ümid edir” – deyə qəzetin məlumatında bildirilib.

O da qeyd olunur ki, vəziyyət düzəlməsə, mövsümün sonu legionerlər klubu tərk edə bilər. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43