Kateqoriyasız

“Simurq”un ağır günləri davam edir: Zaqatala futbolsuz qaldı

Ciddi maliyyə problemləri ilə üzləşən “Simurq” böyük ehtimalla Azərbaycan Premyer Liqasının son turu çərçivəsində qarşılaşacağı “Xəzər Lənkəran”la oyuna yollanmayacaq.

İdmanxeber.com-un məlumatına görə, Zaqatala təmsilçisinin mövsümün son oyununa gedə bilməməsinin səbəbi maliyyədi.

Nə avtobusu olan, nə də Lənkərand aotel sifariş edən əyalət komandasına texniki məğlubiyyətin verilməsi gözlənilir.

“Simurq” rəhbərliyi bu komandalar üçün kreditə avrobus götürsə də, onlardan məhrum olub. Buna səbəb həmin avtobusların kredit borcunun ödənilməməsi göstərilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43