16 Sentyabr 2024
Ölkə futbolu

“Simurq”un baş məşqçisi: “Deyirdilər ki, dəyişikliklər “Xəzər Lənkəran”ı zəiflədəcək, amma…”

Topaz Premyer Liqasının XIX turunda “Simurq” “Xəzər Lənkəran” üzərində 2-0 hesablı qələbə qazandı.

İdmanxeber.com-un məlumatına görə, “Simurq”un baş məşqçisi Giorge Çixradze  matç haqqında fikirlərini söyləyib:

“Maraqlı və intensiv oyunun şahidi olduq. Oyundan öncə mənə çox adam deyirdi ki, dəyişikliklər “Xəzər Lənkəran”ı zəiflədəcək. Amma oyun göstərdi ki, bu, heç də belə deyil. Matçın ilk dəqiqələrində futbolçularım əsəbi idi. Çünki bir müddətdir ki, rəsmi oyuna çıxmırdılar. İkinci hissə isə fərqli oldu. Elnur Abdullayev bu oyunda həlledici qolu vurdu. Düşünürəm ki, Elnur bu oyuna əlavə motivasiya ilə çıxmışdı. Elnuru yeni komandasına vurduğu qola görə təbrik edirəm. Deməliyəm ki, biz yaradılan qol vəziyyətlərindən maksimum istifadə edə bilmirik. Bunun üzərində işləməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43