Ölkə futbolu

“Simurq”un baş məşqçisi qalib gəldikləri matçı belə şərh edib

Topaz Premyer Liqasının 12-ci turunda “Simurq” doğma meydançasında “Neftçi” ilə üz-üzə gəldi. Oyun “Simurq”un 1-0 hesablı qələbəsi ilə yekunlaşdı.

İdmanxeber.com-un məlumatına görə, “Simurq”un baş məşqçisi Georgi Çixradze qalib gəldikləri matçı belə şərh edib:

“Çox vacib oyunda qələbə qazandıq. Biz liderə qarşı oynayırdıq. Buna baxmayaraq, futbolçular oyuna kökləndilər. Çox xallar itirmişik. Bu gün isə çox vacib qələbə əldə etdik. Mən futbolçuları və azarkeşləri təbrik etmək istəyirəm. Fanatlar həmişə bizə dəstək olurlar. Bizim məqsədimiz yaxşı yerlər uğrunda mübarizə aparmaqdı. Həm çempionatda, həm də kubokda mübarizəmiz davam edir”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43