Ölkə futbolu

“Simurq”un baş məşqçisi: “Qara zolaq davam edir”

Topaz Premyer Liqasının VI turunun son görüşündə “Simurq” “Qarabağ”ın qonağı oldu. Oyun Zaqatala klubunun 0-1 hesablı məğlubiyyəti ilə nəticələndi.

İdmanxeber.com-un məlumatına görə, “Simurq”un baş məşqçisi George Çixradze məğlub olduğları matçı belə şərh edib:

“Qara zolaq davam edir. Çempionata yaxşı başladıq. 2 qələbə qazansaq da, 3 dəfə uduzmuşuq. Ardıcıl məğlubiyyətlər komandaya pis təsir edir. Rəqibimiz “Qarabağ” güclü komandadır.  Oyunda keyfiyyət özünü göstərdi. Bu oyunda heç-heçə bizim üçün yaxşı nəticə ola bilərdi. “Qarabağ” matça qarışıq heyətlə çıxmışdı. Buna baxmayaraq, təəssüf ki, qol vura bilmədik. Heyətimizdə İlkin Qırtımov və Draqan Çeran kimi futbolçuların olmaması oyuna və nəticəyə təsirsiz ötüşmədi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43