Ölkə futbolu

“Simurq”un futbolçusu milli komandaya dəvət edildi

“Simurq” klubunun üzvü Patrik Osiako Kenya yığmasına dəvət edilib.
Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, futbolçu senytabrın 1-dən 9-dək ölkəsində təşkil ediləcək təlim-məşq toplanışında iştirak edəcək.
Osiako “DÇ-2014″ün seçmə mərhələsi çərçivəsində sentyabrın 8-də Namibiya qarşı keçiriləcək görüşdə Kenya yığma komandasının uğurları üçün mübarizə aparacaq.
Qeyd edək ki, Patrik Osiako “Simurq”un heyətində forma geyinən yeganə legioner futbolçudur ki, ölkəsinin yığma komandasına dəvət edilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43