08 Sentyabr 2024
Kateqoriyasız

“Simurq”un futbolçusu yox, “Qarabağ”ın oyunçusu

Topaz Premyer Liqasının 31-ci turunun “Simurq” – “Qarabağ” oyununda ev sahibi komandanın qolunun müəllifi kimi Draqan Çeranın adı qeyd olunub. 

İdmanxeber.com-un məlumatına görə, oyunun videoyazısına təkrar baxdıqdan sonra qolun “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov tərəfindən öz qapısına vurduğu aşkarlanıb.

Yuxarıda qeyd edilənlə bağlı oyunun protokolunda müvafiq dəyişiklik edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43