Ölkə futbolu

“Simurq”un kapitanı hakimə ana söyüşü söyüb?: “Allaha and olsun ki…”

"Uşaqlara təşəkkür edirəm sona kimi mübarizə apardılar və bir xal qazandıq. Mən qırmızı vərəqə alandan sonra azlıqda qalmağımıza baxmayaraq uşaqlar yaxşı oynadılar".

Bu sözləri idmanxeber.com-a açıqlamasında "Simurq"un futbolçusu İlkin Qırtımıov deyib.

"Qəbələ" ilə az öncə bitən matçda qırmıəzı vərəqə alan Zaqatala klubunun kapitanı hakimin onu söyməsi iddiasına belə cavab verib:

"Mən Fariz Yusifova dedim ki, yan xətt hakiminə ana söyüşü söyməmişəm. O, səhv eşidib. Mən sadəcə dedim ki, top rəqib futbolçudan meydanı tərk etmişdi. Allaha and içdim ki, mən orda hakimə ana söyüşü söyməmişəm. Ancaq Fariz Yusifov məni meydandan qovdu. Fariz müəllimə təşəkkür edirən. Əgər mən meydandan qovulmasaydım demirəm ki, dəqiq qalib gələrdik, ancaq tam başqa bir oyun olardı".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43