Kateqoriyasız

“Simurq”un Lənkərana gedib-getməyəcəyi bilindi

Azərbaycan Premyer Liqasının 36-cı turu çərçivəsində səfərdə "Xəzər Lənkəran"la qarşılaşacaq "Simurq"un Lənkərana gedib-getməyəcəyi sual altında idi.

İdmanxeber.com-un məlumatına görə, artıq məsələ öz həllini tapıb. Zaqatala klubu Lənkəranda otel də sifariş edib. 

Maliyyə sıxıntısı içərisində "can verən" klub mövsümün son oyununa da çıxacaq.

Qeyd edək ki, "Xəzər Lənkəran" – "Simurq" matçı mayın 28-də, saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43