Ölkə futbolu

“Simurq”un rəqibi bəlli oldu

“Simurq” klubu Gürcüstanda təşkil edilən təlim-məşq toplanışı çərçivəsində bir yoxlama görüşündə gücünü sınayacaq.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, Zaqatala təmsilçisi sentyabrın 9-da, Bakı vaxtı ilə saat 18:00-d Rustavi təmsilçisi “Metallurq”la üz-üzə gələcək.

Qarşılaşma paytaxtın “Lokomotiv” klubunun təlim-məşq bazasında keçiriləcək.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43