Dünya futbolu

Sisse karyerasını başa vurdu

Fransa millisinin  sabiq hücumçusu Djibril Sisse futbolçu karyerasını başa vurub.

İdmanxeber.com-un məlumatına görə, bu barədə 35 yaşlı oyunçunun özü məlumat verib. O, bundan sonra telekanalda işləyəcəyini deyib.

Xatırladaq kii, D.Sisse futbolçu karyerası ərzində “Oser”, “Liverpul”, “Marsel”, “Sanderlend”, “Latsio”, “Panatinaikos”, QPR, “El-Qarafa”, “Kuban”, “Bastiya”, “Sen-Pyeruaz” klublarında çıxış edib.

Qeyd edək ki, karyerası ərzində 579 görüşdə forma geyən futbolçu 248 dəfə rəqib qapılarına yol tapıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43