Dünya futbolu

Sissoko aşağı liqa klubunda

Mali millisinin üzvü Məhəmməd Sissokonun yeni klubu müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Sissoko yenidən İtaliyaya üz tutub. 32 yaşlı yarımmüdafiəçi B seriyasında mübarizə aparan “Ternana” ilə anlaşıb. Tərəflər arasında mövsümün sonuna qədər sözləşmə imzalanıb.

Qeyd edək ki, son olaraq Hindistanın “Pune Siti” komandasında çıxış edən Sissoko PSJ, “Valensiya”, “Liverpul” və “Yuventus” kimi klubların da formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43