Dünya futbolu

“Siti” “Liverpul”u qəbul edir – günün oyunu canlı yayımda

İngiltərə Premyer Liqasının 21-ci turunda lider “Liverpul” “Siti”nin qonağı olacaq.

54 xalla çempionatda məğlub olmadan yoluna davam edən “qırmızılar” “Siti” ilə arasındakı 7 xallıq fərqi qorumağa çalışacaq.

“Şəhərlilər” isə  ev sahibi imkanından maksimum yaranlanıb aradakı xal fərqini 4-ə endirmək üçün mübarizə aparacaq.  Saat 00:00-da başlayacaq qarşılaşma “İdman Azərbaycan”dan canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43