Kateqoriyasız

“Sivasspor” – “Qarabağ”: Hakim təyinatları açıqlandı

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Sivasspor” – “Qarabağ” matçı üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, oyunun baş hakimi Portuqaliya Futbol Federasiyasından Joao Pinyeyro olacaq. Ona Tiaqo Joze Pereyra Kosta və Pedro Ribeyro köməklik edəcək. Dördüncü hakim funksiyasını Yanku Yoan Vasilitsa yerinə yetirəcək.

Georgi Yordanov (Bolqarıstan) hakim-inspektor, Nikoloz Jqarkava (Gürcüstan) UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 5-də Sivasdakı “Yeni 4 Eylül” stadionunda keçiriləcək “Sivasspor” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43