Kateqoriyasız

“Sivasspor” – “Qarabağ” oyununa azarkeşlər buraxıla bilər

Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan Türkiyənin “Sivasspor” klubu turnirdə keçirəcəyi ev oyunlarında azarkeşlərin tribunalara buraxılmasını istəyir.

İdmanxeber.az-ın məkumatına görə, bu barədə klubun prezidenti Göksel Gümüşdağ məlumat verib;

“TFF-yə tələb məktubu göndərmişik. Federasiya rəhbərliyi də bunun üzərində düşünəcəklərini bildirib. “Sivasspor” da bir yazı yazdı. Avropada oynayacağımız matçlarda rəqiblərimiz kimi, biz də 30 faizlik azarkeş haqqımızdan istifadə etmək istəyirik. Tələbimiz budu. Ən azında pilot layihə ola bilər. Sosial məsafə və qaydalara riayət edilməklə TFF bunu mərhələli şəkildə Super Liqada da tətbiq edə bilər”.

“Qarabağ” “Sivasspor”la səfər oyununu III turda, noyabrın 5-də keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43