Dünya futbolu

“Sivasspor”un məşqçisi Türkiyədə baş verən zəlzələdə 15 qohumunu itirdi

Türkiyənin Kahramanmaraş vilayətində baş vermiş yeraltı təkanlar zamanı “Sivasspor”un məşqçisi Ayhan Tenbeloğlunun 15 ailə üzvü həyatını itirib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Sivas təmsilçisinin köməkçi məşqçisi olan Ayhanın 15 qohumu Kahramanmaraşda ötən gün yaşanmış zəlzələdə dünyasını dəyişib.

Klub məşqçisinə baş sağlıqı verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43