Kateqoriyasız

“Sizin “Neftçi”nin oyununda nə işiniz var idi?”

AZAL  – “Neftçi” oyunundan sonra baş verən qalmaqala AFFA nümayəndəsi Adil Nadirovun münasibət bildirdiyi hər kəsə məlum idi.

Nadirov “Neftçi” rəhbərliyini intizamsız hərəkətlərinə görə ciddi şəkildə qınamışdı.

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə də AFFA nümayəndəsinini fikirlərinə reaksiya verib.

Paytaxt klubunun rəsmisi “facebook” sosial şəbəkəsindəki şəxsi profilində Adil Nadirova çox hörmət etdiyim vurğulasa da, onu obyektiv olmamaqda ittiham edib: “Əzizim Adil dayı, Azərbaycan futbolunda hər kəs bilir ki, siz “Qarabağ”ın həmtəsisçisi, vaxtı ilə klubun prezidenti, icraçı direktoru işləmisiniz.

Bütün bunlarla yanaşı “Qarabağ”ın futbolçusu Vüqar Nadirovun əmisisiniz. Qısası, ürəyinizin həm Qarabağla, həm də “Qarabağ”la döyündüyünə zərrə qədər şübhə yoxdur.

Xahiş edirəm bu sualıma cavab verin, sizin “Qarabağ”ın çempionluq uğrunda əsas rəqibi “Neftçi”nin oyununda nə işiniz var idi? Sizin fikirlərinizin qərəzli olmadığına necə inanaq?”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43