03 Oktyabr 2024
Dünya futbolu

Slovakiya millisinin Azərbaycan üçün heyəti açıqlandı

Slovakiya yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsində İsveç və Azərbaycan milli komandalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

İdmanxeber.az AFFA-nın mətbuat xidmətinə istinadən məlumatına görə, baş məşqçi Françesko Kaltsona C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də Bratislavada İsveç, 14-də isə Bakıda Azərbaycan millisinə qarşı baş tutacaq matçlara 27 futbolçu dəvət edib.

Qapıçılar: Marek Rodak, Henrix Ravas, Dominik Takaç

Müdafiəçilər: Peter Pekarik, Mixal Tomiç, Norbert Qyömber, Denis Vavro, Lyubomir Şatka, Milan Şkriniar, Adam Obert, David Hançko, Samuel Kozlovski, Timotey Qranika;

Yarımmüdafiəçilər: Stanislav Lobotka, Ondrey Duda, Laszlo Benes, Tomaş Riqo, Patrik Qroşovski, Matuş Bero, Kristian Herts;

Hücumçular: Lukaş Haraslin, David Dyuriş, Leo Sauer, Lyubomir Tupta, Tomaş Suslov, David Strelets, Robert Bojenik.

Qeyd edək ki, Azərbaycan – Slovakiya qarşılaşması oktyabrın 14-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43