Dünya futbolu

Slovakiyalı futbolçu: “Azərbaycan heç də asan təslim olmayacaq”

AVRO 2020-nin seçmə mərhələsindəki rəqiblərimizdən olan Slovakiya komandasının 24 yaşlı furbolçu Albert Rusnak ölkə mətbuatına açıqlama edib. O, qruplarındakı rəqibləri dəyərləndirərkən Azərbaycanla keçiriləcək oyunlardan da danışıb:

“Xorvatiya qrupun favoritidir. Uels də güclü rəqibdir. Azərbayca isə heç də asan təslim olmayacaq. Ancaq düşünürəm ki, qrupdan çıxmaq üşün şansımız var. Bütün oyunlar çox önəmlidir. Qrupu ikinci yerdə başa vurmaq üçün hər şeyi edəcəyi”.

Slovakiya qrup mərhələsində Xorvatiya, Uels, Macarıstan və Azərbaycanla mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43