Slovakiya yığmasının baş məşqçisi Pavel Qapal yerli mətbuata müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, Avro-2020-nin seçmə mərhələsini dəyərləndirən baş məşqçi Azərbaycan barəsində də danışıb:
Qrupumuz da kifayət qədər tçətin rəqiblər var. Xorvatiya son dünya çempionatının finalçısıdır. Uels Avro-2016-da yarımfinal oynayıb. Macarıstan da psi komanda deyil. Azərbaycan isə xüsusilə ev oyunlarında bütün rəqiblərdən xal ala bilər. Əsas favorit Xorvatiya millisidir. Amma biz də yaxşı nəticəyə ümid edirik”.
Qeyd edək ki, seçmə mərhələdə Slovakiya ilə ilk oyunumuz iyunun 11-də evdə keçiriləcək.