Dünya futbolu

Slovakiyanın baş məşqçisi: “Hətta Azərbaycana da önəm veririk”

AVRO 2020 seçmə mərhələsindəki rəqiblərimizdən olan Slovakiya yığmasının baş məşqçisi Pavel Qapal qrup barədə ölkə mətbuatına açıqlama edib. O, belə bir qrupa düşdükləri üçün xoşbəxt olduqlarını bildirib:

“Almaniya və Hollandiya olan qrupa da düşə bilərdik. Sevinirəm ki, beş komandalı bir qrupda yer almışıq. Ancaq onu deyim ki, burada da çətin rəqiblər var. Təkcə Xorvatiya və Uelsə yox, bütün komandalara hörmət etməliyik. Hətta 5-ci səbətdən gələn Azərabaycana da önəm veririk”.

Slovakiya millisi seçmə mərhələdə Azərbaycan, Xorvatiya, Uels, və Macarıstanla E qrupunda mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43