Dünyadan

“Slovan” – “Qarabağ” oyunu isveçli hakimə tapşırıldı

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun matçları çərçivəsində baş tutacaq “Slovan” (Liberets, Çexiya) – “Qarabağ” matçının hakim təyinatları açıqlanıb.


İdmanxeber.com-un məlumatına görə, görüşü isveçli hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Stefan Yohannesson olacaq.

Baş hakim: Stefan Yohannesson
Yan xətt hakimləri: Fredrik Nilsson, Mehmet Kulum
Köməkçi hakimlər: Andreas Ekberq, Kristofer Karlsson
Dördüncü hakim: Maqnus Syöblom (hamısı İsveç)
UEFA nümayəndəsi: Stefano Podeşi (San Marino)
Hakim-inspektor: Roy Ketkart (Şimali İrlandiya) 

Qeyd edək ki, “Slovan” – “Qarabağ” oyunu noyabrın 24-ü keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43