İdman

“Slovan”ın baş məşqçisi: “Qarabağ” rəqibimiz olduğu üçün sevinmədik”

“Oyuna ciddi hazırlaşmışıq. Burda olduğumuz üçün şadıq”. 

İdmanxeber.com-un apa-ya istinadən məlumatına görə, bu sözləri “Slovan” klubunun baş məşqçisi Yindrix Trpişovski deyib. Çexiya təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”ın qonağı olacaq. Matçdan öncə keçirilən mətbuat konfransında qonaqların çalışdırıcısı bunları deyib: “İlk təəssüratlarımız yaxşıdı. Bakı çox xoşumuza gəldi”.

 

– “Qarabağ”da hansı futbolçuya qarşı tədbir görəcəksiz?

– “Qarabağ”ın “Viktoriya” ilə oyunlarına baxmışıq. Müdafiə və hücum xətti çox güclüdü. Çalışacağıq ki, oyunboyu topu özümüzdə saxlayaq. Bunu nə qədər yaxşı bacarsaq, xeyrimizə olacaq. “Qarabağ”a irəlidə oynamağa imkan verməməliyik. Bu da bizim taktikamız olacaq.

 

– Cəza müddətini bitirərək, yenidən texniki zonada olacaqsız…

– Oyuna tribunadan baxmağım xoşagəlməz hal olardı. Oyunun içində olacağam. Matçın gedişinə təsir edə biləcəm. Xoşagələn haldı ki, texniki zonada olacağam.

 

– “Qarabağ” sizin üçün münasib rəqibdimi?

– “Qarabağ” rəqibimiz olduğu üçün sevinmədik. Güclü, ağır rəqibdi. Çalışacağıq ki, sabah qol vuraq, xal qazanaq. Rəqib güclü olsa da, meydana qələbə üçün çıxacağıq.

 

– Qrupun favoriti kimi hesab edirsiz?

– “Fiorentina”nın favorit olduğunu məndən yaxşı bilirsiz. Çalışacağıq ki, “Qarabağ”la oyunda yaxşı nəticə qazanaq və növbəti mərhələyə keçmək üçün şans qazanaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43