Ölkə futbolu

Sloveniya – Azərbaycan matçının hakimləri müəyyənləşdi

Yanvarın 31-də AÇ-2014-ün qrup mərhələsi çərçivəsində millimiz Sloveniya yığması ilə qarşılaşacaq. İdmanxeber.com-un məlumatına görə, oyunu idarə edəcək hakimlərin adına aydınlıq gəlib.

Beləliklə, görüşün birinci hakimi Portuqaliyadan Eduardo Fernandes Koelyo, ikinci hakimi isə Rumıniyadan Boqdan Soresku olacaq.

Xatırladaq ki, qarşılaşma yanvarın 31-də Belçikanın Antverpen şəhərindəki "Lotto Arena"da baş tutacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43