Rusiya millisinin sabiq baş məşqçi Leonid Slutski İngiltərənin “Hall Siti” komandasına baş məşqçi təyin edilib.
İdmanxeber.com-un məlumatına görə, bu haqda klubun saytı məlumat yayıb.
Onunla müqavilənin müddəti və dəyəri barədə məlumat verilməyib.
Qeyd edək ki, “Hall Siti” bu mövsüm İngiltərə Premyer Liqasını tərk edib.