Dünya futbolu

Sneyder “Mançester Yunayted”ə gedəcəyi barədə yayılan xəbərlərə aydınlıq gətirdi

Son dönəmlər ulduz futbolçu Uesli Sneyderin "Qalatasaray"dan ayrılıb, "Mançester Yunayted"ə keçəcəyi barədə xəbərlər dolaşmaqdadı. Hətta, bəzi mənbələrə görə, Sneyderin qəti qərar verdiyi və qışda "Şeytanlar"la müqavilə imzalayacağı bildirilir.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, Çempionlar Liqasında "Yuventus"a vurduğu qolla komandasını növbəti mərhələyə daşıyan hollandiya futbolçu fikrindən daşınıb və "sarı-qırmızılılar"da qalmağa qərar verib.

Matçdan sonra italiyalı jurnalistlərin suallarını cavablandıran Sneyder, "Qalatasaray"dan ayrılıb, "Mançester Yunayted"ə keçəcəkmisiniz?" sualına, "Qalatasaray"da çox xoşbəxtəm, "Manu" dəftəri mənim üçün qapanmışdır"- deyə cavab verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43