Dünyadan

Sneyder qərarını verdi: “Qalatasaray”dan gedir, yoxsa qalır?

Uesli Sneyder karyerasını “Qalatasaray”da davam etdirmək niyətindədi.

İdmanxeber.com-un məlumatına görə, “Yuventus”un transfer etmək istədiyi hollandiyalı yarımmüdafiəçi verdiyi açıqlama ilə bütün söz-söhbətlərə son qoyub:

“Yuventus”dan təklif almışdım. Ancaq mən heç zaman “Qalatasaray”dan ayrılmağı düşünməmişəm.  Müqaviləm gələn il başa çatır. “Qalatasaray” rəhbərliyi mənim qalmağımı istəyir. Tətildən qayıtdan sonra yeni müqavilə imzalayacam”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43