Dünya futbolu

Sneyderin “Qalatasaray”dakı taleyinə rəsmən aydınlıq gəldi

“Qalatasaray”da gələcəyi sual altında olan Uesli Sneyder komandada qalacağını bəyan edib.

İdmanxeber.com-un məlumatına görə, hollandiyalı ulduz bu barədə sosial şəbəkə hesablarında məlumat verib. Təcrübəli yarımmüdafiəçi bu gün tibbi müayinədən keçdikdən sonra komanda ilə məşqlərə başlayacağını vurğulayıb.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2013-cü ildən İstanbul klububda çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43