Kateqoriyasız

ŞOK! Avropa Liqasının bombardiri oğurlandı

Latviyanın “Ventspils” klubunun futbolçusu Adeleki Akinyemi oğurlanıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə sözügedən klubun rəsmi saytı bəyanat yayıb. Bəyanatda bildirilir ki, nigeriyalı hücumçu klubun bazasına dönməyib və harada olduğu haqda da heç bir məlumat yoxdur. Klub hadisə ilə bağlı polisə müraciət edib. “Ventspils” rəhbərliyi bu xoşagəlməz olayla bağlı FIFA və UEFA-ya da müraciət etməyə hazırlaşır.

Qeyd edək ki, Akinyemi Avropa Liqasınım 2018/2019 mövsümünün 4 qolla bombardiridi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43