Ölkə futbolu

Şok ayrılığın TƏK SƏBƏBİ

Ayxan Abbasovun “Turan Tovuz”dan gözlənilməz ayrılığı ictimaiyyətə ciddi müzakirə mövzusu olub. Belə ki, bu günə qədər təcrübəli mütəxəssisin işindən razı olan rəhbərliyin anidən baş məşqçi ilə yolları ayırmasının səbəbləri hər kəs üçün maraq doğurub.

Əldə etdiyimiz məlumata görə, Abbasovla rəhbərlik arasında fikir ayrılığına səbəb büdcə məsələsi olub. Belə ki, ötən günlərdə klubun idarə heyətinin sədri Ehtiram Quliyev “Turan Tovuz”un növbəti mövsüm avrokuboklar üçün mübarizə aparacağını bildirib. Baş məşqçi ilə keçirilən iclas zamanı bu hədəf ona  çatdırılıb.

Ancaq Abbasov mövcud büdcə ilə bunun imkansız olduğunu və avrokubok hədəfi üçün maliyyənin artırılmalı olduğunu bildirib. Rəhbərlik isə baş məşqçinin bu tələbi ilə razılaşmayıb. Klub hazırkı büdcə ilə qarşıya qoyulan məqsədə çata biləcəyini düşünüb.

Fikirlərin üst-üstə düşməməsinin ardından tərəflər qarşılıqlı olaraq yolları ayırmaq qərarına gəlib.

Xatırladaq ki, “Turan Tovuz”un dövlətdən ayrılan 3 milyon manatdan əlavə təxminən 1,5-2 milyon büdcəsi var.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43