Premyer Liqa

ŞOK İDDİA: Azərbaycan Premyer Liqasının yayım hüququnu Türkiyə şirkəti alıb?

Azərbaycan Premyer Liqasının 2015-2016 mövsümünün matçlarının yayım hüququ haqda Türkiyə mətbuatı maraqlı iddia ilə çıxış edib.

İdmanxeber.com-un məlumatına görə, çempionatımızın yayım hüququnu Türkiyənin “Saran Qrup” alıb.  

Xəbərdə bildirilir ki, bütün canlı yayımlar məhz bu şirkət tərəfindən həyata keçirilir və “CBCSport” kanalı vasitəsi ilə tamaçaçılara çatdırılır.

Qeyd edək ki, AFFA rəsmi saytı vasitəsi ilə yayım hüququnu CBC telekanalının aldığını elan etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43