20 Fevral 2020
Kateqoriyasız

ŞOK! Məşhur basketbolçu vəfat etdi

İdman dünyasını yasa bürüyən ölüm hadisəsi baş verib.

Milli Basketbol Assosasiyasında “Los-Anceles Leykers”də forma geyinmiş Kobe Braynt vəfat edib. Amerikalı idmançı helikopter qəzasında dünyasını dəyişib. Əfsanəvi idmançını aparan helikopter Kaliforniyada qəzaya uğrayıb. Brayntla yanaşı, daha 4 insan vəfat edib.

“La Times”ın məlumatına görə, Kobe “Los-Anceles Leykers”in matçını izləməkdən qayıdırmış. O, arenada qızı Canna ilə birgə görünmüşdü. Ehtimallara görə, onun qızı da vəfat edənlərdən biridi.

996-cı ildən “Los Anceles Leykers”də çıxış etmiş basketbolçu 5 dəfə MBA çempionu olub (2000, 2001, 2002, 2009, 2010). Kobe ABŞ yığmasının heyətində 2 dəfə Olimpiya çempionluğu yaşayıb. (2008, 2012). 41 yaşlı basketbolçu karyerasını 2016-cı ildə bitirmişdi.

Oxşar xəbərlər

Azərbaycan UEFA reytinqində iki pillə irəliləyə bilər – “Qarabağ” udsa

admin

“Neftçi” – “Bney Yehuda”: start heyətlər

admin

Milli komandanın oyunları “İdman” kanalında!

admin