Dünyadan

ŞOK! “Mançester Yunayted”in lideri “Bavariya” ilə hər iki oyunu buraxacaq

Çempionlar Liqasının 1/8 finalında “Olimpiakos”la cavab matçında zədələnərək meydanı tərk edən Robin Van Persinin son durumu müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı şeytanlar”ın hollandiyalı hücumçusu dünən tibbi müayinədən keçib. Van Persinin azı 1 ay futboldan uzaq qalacağı açıqlanıb.

Beləliklə, hollandiyalı oyunçu ÇL-də “Bavariya” ilə hər iki oyunu buraxmalı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43