Dünyadan

ŞOK! Məhşur futbolçu intihar etdi

Rumıniyanın məhşur futbolçusu Kostike Ştefenesku intihar edib.

Veteran futbolçu Buxaretsdəki hərbi hospitalın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Məlumata görə, 62 yaşlı Ştefenesku xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, əvvəllər Almaniyada  uğursuz müalicə kursu keçirib.

 

Qeyd edək ki, Rumıniyanın üçqat çempionu, ölkə Kubokunun beşqat sahibi olan Ştefenesku 1977-1985-ci illərdə milli yığmanın tərkibində çıxış edib. 1986-cı ildən 2012-ci ilədək "Styaua”, "Politexnik” və "Universitati” klublarının baş məşqçisi olub.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43