Dünyadan

ŞOK! “Qalatasaray”da göz yaşları sel oldu: “Cim-Bom”lu futbolçunun ayağı qırıldı

Türkiyə kubokunda “Qalatasaray” hal-hazırda səfərdə qarşılaşdığı “Elazığspor”la oyunda futbolçusunun zədələnməsi ilə sarsılıb.

İdmanxeber.com-un məlumatına görə, “Cim-Bom”un futbolçusu Aydın Yılmaz rəqibi ilə girdiyi mübarizədə ayağını qırıb. Bu epizod o qədər dəhşətli olub ki, hətta “Qalatasaray”ın ehtiyatda oturan oyuynçuları belə göz yaşlarına hakim ola bilməyiblər. Meydana təcili tibbi yardım çağırılıb və Aydını xəstəxanaya aparıblar.

Qeyd edək ki, “Qalatasaray” kubokun “Tokatspor”la oyununda isə Brumanın zədələnmə şokunu yaşamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43