02 Dekabr 2020
Ölkə futbolu

SON DƏQİQƏ: AFFA “Bakı”nın şikayətini rədd etdi

2015-16-cı il mövsümündə UEFA-nın klub yarışlarında və Premyer Liqa yarışlarında iştirak etmək hüququnu verən lisenziya üçün müraciət etmiş klubların sənədlərinə AFFA-nın Lisenziya Komissiyasının iclasında baxılıb.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş, lakin lisenziya almamış klubların 10 gün ərzində apellyasiya şikayəti vermək hüququ var idi.

19 may 2015-ci il şikayətin verilməsi üçün son gün olmuş  və yalnız bu gün, saat 16:30-da Bakı FK tərəfindən apellyasiya şikayəti daxil olub.

Apellyasiya şikayətində Lisenziya Komissiyasının qərarının hansı bəndi ilə razı olmadıqları, əlavə heç bir təsdiqedici sənəd təqdim etmədikləri, həmçinin Azərbaycan Futbol “Premyer Liqası”nda iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydalar”ın müvafiq prosedur tələblərinə riayət etmədikləri üçün Bakı FK-nın apellyasiya şikayətinə baxılması məqsədəuyğun hesab edilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” bir futbolçudan imtina etdi

admin

Qabırğası çatlayan Əfran üçün mart ayı dərd ayı oldu

admin

“Simurq” qazaxlara belə məğlub oldu- VİDEO

admin