28 Fevral 2024
Ölkə futbolu

SON DƏQİQƏ: “Xəzər Lənkəran”ın bir fanatı həbs olundu – FOTO

Bu gün Premyer Liqanın 20-ci turunda "Xəzər Lənkəran" doğma meydanda "Neftçi"ni qonaq edəcək.

İdmanxeber.com-un Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, oyuna saatlar qala Lənkəranda gərginlik yaşanmaqda davam edir. Bu dəqiqələrdə "Xəzər Lənkəran"ın bir azarkeşi polislər tərəfindən saxlanılıb. Belə ki, sözügedən fanat polisin icazəsi olmadan stadiona girməyə cəhd göstərib və bu səbəbdən o, saxlanılaraq bölməyə aparılıb.

Bundan əlavə, azarkeşlər stadiona axışmaqda davam edir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43