Dünya futbolu Kateqoriyasız

SON DƏQİQƏ: “Beşiktaş”ın futbolçusu huşunu itirdi, xəstəxanaya aparıldı

“Sabah” – “Beşiktaş” matçından sonra xoşagəlməz hadisə baş verib.

İdmanxeber.az-ın Respublika stadionuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, “Beşiktaş”ın futbolçusu Onur Bulut matçdan sonra paltardəyişmə otağına gedərkən huşunu itirərək yerə yıxılıb. Futbolçu dərhal xəstəxanaya qaldırılıb.

Klubdan saytımıza bildirilib ki, futbolçunun təzyiqi aşağı düşdüyü üçün huşunu itirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43